İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğlumu 3 il əvvəl görmüşəm" - VİDEO

1245 15.12.2025 19:03 Şou-biznes A A

“Oğlum Murad Ukraynada yaşayır. Sonuncu dəfə 3 il əvvəl görmüşəm”.

Musavat.com xəbər verir ki, bu sözləri aktyor Müşfiq Şahverdiyev “Günə uğurla” verilişində deyib. 

O, 3 ildir oğlunu görmədiyini açıqlayıb:

“Anası ilə birgə yaşayır. O ölkədə müharibə olduğu üçün birbaşa uçuş yoxdur, vətəndaşlığı olmayan şəxslərin getməyi problemlidir. Təəssüf ki, onlar da bura gəlmir. Bu il oğlum 1-ci sinfə başladı. Hər gün telefonla danışırıq, deyirəm dərslərini yaxşı oxu”.

Qeyd edək ki, Müşfiq 2017-ci ildə Aynurə adlı xanımla ailə qurub. Cütlüyün boşanması 2023-cü ildə ortaya çıxıb. Onların oğul övladı var. 

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR