Kriptovalyuta birjası OKX, Azərbaycandakı istifadəçilər üçün P2P platformasında avtomatlaşdırılmış sifariş-icra xidmətini işə saldığını elan edib. Bu yeni funksiya şirkətin Azərbaycan bazarına tammiqyaslı girişinin əsas mərhələsi hesab olunur.
Yeni xidmət sayəsində alıcı vəsaiti satıcının ödəniş məlumatlarına köçürdükdə, əməliyyat avtomatik olaraq tamamlanır. Əvvəllər istifadəçilər ödənişi və təsdiqi əl ilə həyata keçirirdi ki, bu da gecikmələrə və mübahisəli hallara səbəb olurdu.
Bundan əlavə, sistem daxil edilən ödəniş məlumatlarını avtomatik yoxlayır və yanlış və ya üçüncü tərəfə məxsus bank kartlarından istifadə riskini minimuma endirir. Bu isə P2P əməliyyatlarında təhlükəsizliyi artırır və prosesləri daha rahat edir. Hər bir tərəf üçün icra komissiyası 0.25% təşkil edir və ticarətin bütün mərhələlərində göstərilir.
Avtomatlaşdırılmış sifariş icrasından istifadə etmək üçün istifadəçilər Kapital Bank, M10 və ya Rabitə Bank üzərindən təsdiqlənmiş bank hesabına sahib olmalıdırlar. Azərbaycan manatında ticarət bütün ölkələrdən olan istifadəçilər üçün açıqdır, lakin yalnız bu 3 bankda hesabı olanlar avtomatlaşdırılmış icra funksiyasından yararlana bilər. OKX gələcəkdə dəstəklənən bankların siyahısının genişlənə biləcəyini bildirib.
OKX rəsmi açıqlamasında qeyd edib:
“Avtomatlaşdırılmış sifariş icrası bütün OKX P2P ekosistemi üçün texnoloji irəliləyişdir. Bu funksiyanı məhz Azərbaycan istifadəçiləri üçün təqdim etməyimizin məqsədi kriptovalyuta əməliyyatlarını daha rahat və təhlükəsiz etməkdir. Azərbaycan bizim üçün strateji əhəmiyyətli bazardır və biz onun inkişafına sərmayə qoymağa davam edəcəyik.”
Bu yenilik OKX-in xidmətlərini lokallaşdırmağa və müxtəlif regionların ehtiyaclarına uyğunlaşdırmağa verdiyi önəmi bir daha göstərir.
Yeni funksiyanın istifadəyə verilməsini qeyd etmək üçün OKX bir sıra P2P kampaniyaları da elan edib:
- P2P Exclusive Rewards – tapşırıqlara əsaslanan bonuslar,
- P2P Badges Promo – aktiv treyderlər üçün xüsusi nişanlar,
- P2P Featured Ads – satıcı elanlarının daha çox görünməsi üçün alət.
Bundan başqa, Azərbaycan istifadəçiləri üçün xüsusi referal proqramı təqdim olunur – həm yeni qoşulanlara, həm də onları dəvət edənlərə mükafatlar nəzərdə tutulub.
OKX hazırda dünyanın ən böyük kriptovalyuta birjalarından biri olmaqla, 70 milyondan çox istifadəçiyə və 100-dən çox ölkəyə xidmət göstərən qlobal Web3 ekosistemidir.






