İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədən çıxışına qadağa qoyulub, aylardır övladlarını görə bilmir

2177 17.05.2026 16:44 Kriminal A A

Arzum adı ilə tanınan tiktoker İlduzə Hacıyeva aylardır ölkədən çıxa, Almaniyada olan övladlarını görə bilmir.  

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, buna səbəb onun məhkəmə işinin olması, ölkədən çıxışına qadağa qoyulmasıdır.

Məlum olub ki, Arzum ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobil qəzası keçirib. Qəza zamanı bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb.

Artıq məhkəmənin bir neçə iclası keçirilib. 

Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən blogerlə bağlı məhkəmənin növbəti iclası mayın 26-da keçiriləcək.

Qeyd edək ki, Arzum alman vətəndaşı ilə ailəlidir və orada yaşayır. Onun 4 övladı var. Övladları Almaniyada olan bloger onları görə bilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR