İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm ayağında olan məşhur aktyordan ürəkdağlayan xəbər - FOTO

1202 17.01.2026 15:09 Şou-biznes A A

Xəbər verildiyi kimi, 2023-cü ildə sirroz diaqnozu qoyulan və müalicə prosesi davam edən aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib.

Musavat.com-un xəbərinə görə, aktyorun qardaşı Umut Özkan yeni açıqlama verib:

“Təəssüf ki, qardaşımın vəziyyəti ağırdır”.

O bildirib ki, özü qardaşı üçün donor olmaq istəyib, lakin aparılan testlərin nəticəsi uyğunsuz çıxıb.

UFUKK.jpg (142 KB)

Bu arada, jurnalist Mevlüt Tezel “Sabah” qəzetindəki köşə yazısında diqqətçəkən məqama toxunub. Tezel yazıb ki, Özkanın qaraciyərinin bu dərəcədə zədələnməsinin səbəbi həddindən artıq meyvə istehlakına əsaslanan yanlış pəhriz olub. O, aktyorun xilasının yalnız orqan köçürülməsi ilə mümkün olduğunu vurğulayıb.

Ufuk Özkan isə daha əvvəl verdiyi açıqlamada Hollivud ulduzlarının tətbiq etdiyi pəhrizi bilmədən təkrarladığını demişdi. Aktyor qeyd etmişdi:

“Hollivud ulduzlarının tətbiq etdiyi bir pəhriz var, amma onlar bunu düzgün şəkildə edirlər. Bir gün karbohidrat, protein - hər şey yeyirlər, ertəsi gün isə yalnız meyvə yeyirlər. Mən də əvvəlcə bu rejimə normal şəkildə başladım, sonra isə bunu bütün həftə etdim. Yalnız meyvə yedim. Protein, karbohidrat qəbul etmədiyim üçün immun sistemim birdən-birə çökdü. Qaraciyər zədələndikdə müəyyən həddə qədər dözür, amma sonra çox sərt reaksiya verir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR