Macarıstanın baş naziri parlament seçkilərində birləşmiş müxalifətə uduzsa, yeni səlahiyyətlərlə prezident olmağı planlaşdırır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Viktor Orban baş nazir vəzifəsini prezidentliyə dəyişdirməyi düşünür. Bloomberg-in məlumatına görə, o, seçkilərdə uduzsa belə, siyasi sistem üzərində nəzarəti qorumaq üçün bu əsasən simvolik vəzifənin səlahiyyətlərini genişləndirmək niyyətindədir.
Orban Donald Trampla görüşdən sonra prezidentin rolunu gücləndirmək ideyasını irəli sürüb. Parlament artıq qanuna prezidentin vəzifədən kənarlaşdırılmasını çətinləşdirmək üçün düzəliş edib ki, bu da gələcəkdə Orbanın əlinə keçə bilər.
Uzun müddətdən sonra ilk dəfə real qələbə şansı olan birləşmiş müxalifət mövcud vəziyyətdən narahatlığını bildirir. Onun nümayəndələri mümkün "konstitusiya manipulyasiyaları" barədə xəbərdarlıq edir və ölkənin demokratik institutlarını müdafiə etməyə hazır olduqlarını vurğulayırlar.
Musavat.com






