İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban xəbərdarlıq etdi: “Kəmərləri bağlayın, Avropanı ağır və taleyüklü həftə gözləyir”

763 15.12.2025 14:42 Dünya A A

Macarıstanın Baş naziri Viktor Orban qarşıdakı günlərin Avropa üçün son dərəcə kritik və ağır olacağı barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu həftə Brüsseldə qəbul ediləcək qərarlar müharibə ilə sülh arasında seçim anlamına gəlir.

Orban bildirib ki, yaxın vaxtlarda Macarıstan parlamentinin Aİ məsələləri üzrə Məsləhətçi Orqanının iclası keçiriləcək və Budapeşt də mümkün ssenarilərə hazırlaşır.

“Stavkalar aydındır: müharibə, yoxsa sülh”, – deyə o vurğulayıb.

Macarıstanın baş naziri qeyd edib ki, Rusiya–Ukrayna müharibəsinin bitməsinə heç vaxt indiki qədər yaxın olunmayıb. Onun fikrincə, Avropanın dörd il ərzində bitirə bilmədiyi bu müharibəni ABŞ yaxın zamanda sona çatdıra bilər və Avropanın etməli olduğu yeganə şey bu prosesi dəstəkləməkdir.

Lakin Orbanın sözlərinə görə, real vəziyyət fərqlidir:

“Bütün əlamətlər göstərir ki, Avropa müharibəni davam etdirmək, hətta onu genişləndirmək istəyir”.

O bildirib ki, Brüssel müharibəni təkcə cəbhədə deyil, iqtisadi müstəvidə də genişləndirməyə, o cümlədən dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə hazırlaşır.

Orban bu addımı Rusiyaya qarşı açıq müharibə elanı kimi qiymətləndirib və bunun qaçılmaz cavab tədbirlərinə səbəb olacağını bildirib. Onun sözlərinə görə, bu səbəbdən Macarıstan mövqeyini dəyişmək niyyətində deyil.

Baş nazir bir daha vurğulayıb ki, bu müharibənin döyüş meydanında həlli yoxdur və belə olan halda danışıqlardan başqa yol qalmır.

“Əgər cəbhədə həll yoxdursa, prezidentin etdiyi kimi danışıqlar aparmaq lazımdır”, – deyə Orban bildirib.

Bu mövqeyə uyğun olaraq Macarıstan:

Dondurulmuş Rusiya aktivlərinin müsadirəsini dəstəkləmir,

Ukraynaya nə pul, nə də silah göndərir.

Müharibə məqsədi daşıyan Aİ kredit və borc mexanizmlərində iştirak etmir.

Orban çıxışını sərt xəbərdarlıqla yekunlaşdırıb: “Kəmərləri bağlayın. Bu həftə ağır olacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR