Rusiyanın Ukraynaya qarşı 4 ilə yaxındır başlatdığı müharibənin gətirdiyi faciələr davam edir.
Musavat.com-un xəbərinə görə, sosial şəbəkələrdə yayılan videodan görünür ki, minlərlə çeçen gənc kütləvi şəkildə səfərbərlik adı altında zorla toplanır və birbaşa Ukrayna ilə müharibənin ön xəttinə göndərilir.
Övladlarının başqa ölkənin ərazisində ölümə göndərildiyinin fərqində olan çeçen analar isə fəryad edir, övladları ilə son dəfə görüşürlər kimi nalə çəkirlər.
Sözügedən videonu təqdim edirik:
Məlumatlara və siyasi təhlilçilərin rəylərinə görə, Ukrayna müharibəsi Rusiyanın şovinist hakimiyyət dairələrinə qeyri-rus millətlərinin gənclərini kütləvi qırğına vermək və etniklərin sayının ölkədə rusların sayını ötməsinin qarşısını almaq üçün fürsət rolunu oynayır. Buna görə də daha çox çeçenlər, tatarlar və digər qeyri-ruslar cəbhəyə göndərilir. Bu faciənin nə vaxta qədər davam edəcəyi isə məlum deyil.
Etibar Seyidağa,
Musavat.com






