Bu ilin ilk 11 ayında qadağan olunmuş bitkilərin becərilməsinə görə 1700 nəfər məhkum edilib.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, əksər hallarda məhkəmələr həbslə bağlı olmayan cəzalar təyin edib.
Ali Məhkəmənin mətbuat katibi Əziz Abidovun sözlərinə görə, 191 məhkum şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Daha 1500 şəxs cərimə, məcburi ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və şərti cəzalar da daxil olmaqla alternativ cəzalar alıb.
Dörd nəfərə məcburi tibbi tədbirlər tətbiq edilib.
2024-cü ildə bənzər əməllərə görə 1800 nəfər məhkum edilib. Bunlardan 258 nəfəri həbs cəzası, 1600 nəfəri isə həbslə bağlı olmayan cəza alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları noyabr ayında Daşkənddə qanunsuz dövriyyədən 25 kiloqram qadağan olunmuş maddə müsadirə ediblər.
Qeyd edək ki, Özbəkistanda narkotik tərkibli bitkilərin becərilməsi halları yayğındır. Son illərdə bu “təsərrüfat” növü daha çox yayılıb.
Musavat.com






