İnsanlara hürriyət, millətlərə istiqlal!

"Özümü bağışlaya bilmirəm"

2559 23.10.2025 04:22 Şou-biznes A A

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimlə bağlı yaşanan hadisəyə görə özünü bağışlaya bilmir.

"Həmin Zaur" verilişində qonaq olan sənətçi bunu "Övladlarınızla bağlı hansı hadisəyə görə özünüzü bağışlaya bilmirsiniz" sualına cavabında deyib: "Bir hadisədə özümü bağışlaya bilmirəm. Bunu bir özüm, bir də Allahım bilir. Bu, oğlum Kərimlə bağlıdır".

Qeyd edək ki, ifaçının oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Onların 3 övladı var. Uşaqların qəyyumluğu əvvəl ataya verilib. Daha sonra isə uşaqlar anada qalıb. Hazırda uşaqlara M.İsgəndərli baxır. Kərim ikinci dəfə ailə qurub və bu nikahdan övladı doğulub. (​Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR