İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədrindən ictimai nəzarətlə bağlı ÇAĞIRIŞ 

446 06.01.2026 14:50 Gündəm A A

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bir çox məsələyə diqqət çəkib, o cümlədən ictimai nəzarətin önəmindən bəhs edib. Ölkə başçısı bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər, çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.

Jz8oZYnYJkAtXPYfVp5hVZx6lD7h8MeTT962Rikb_825.jpg (116 KB)

“Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər. Ümumi inkişafımız üçün bilirsiniz, hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq. Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir. İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur. Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”, - Prezident deyib.

NATİQ CEFERLİ.jpg (27 KB)

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, ictimai nəzarət çox önəmli məsələdir:

“İctimai nəzarətin institusional dayaqları da möhkəmləndirilməlidir. Bu məsələdə isə media öncül rola malik olmalıdır, o cümlədən bu rol genişləndirilməlidir. İctimai nəzarət olmadan dövlət orqanlarının effektiv fəaliyyət göstərməsi çətindir. Prezident çıxışı zamanı bir daha vurğuladı ki, ictimai nəzarətə ehtiyac var. Bunu həyata keçirərkən, vətəndaşların etirazlarını, yaxud gözləntilərini dilə gətirərkən onlara qarşı hər hansı addımların atılması, yaxud maneələrin yaradılması faktları aradan qalxmalıdır. Vətəndaşlar, jurnalistlər, QHT ictimai nəzarətin institusional funksiyalarını yetirə yetirməkdə daha sərbəst olmalıdırlar. Prezidentin çıxışı da bu yöndədir. Düşünürəm ki, bu sahədə müəyyən irəliləyiş olmalıdır və olacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR