İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Bakı ilə sülhə fokuslanmışıq, bütün məsələlər..."

646 08.01.2026 15:52 Siyasət A A

İrəvanda keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərə dair sualları cavablandırıb.

Musavat.com xəbər verir ki, baş nazir Qarabağda guya Azərbaycan tərəfindən erməni kilsələrinə qarşı törədildiyi iddia edilən vandalizm faktları, yalandan və uydurma iddialar fonunda Ermənistanın Bakı əleyhinə beynəlxalq məhkəmə iddialarını geri çəkməsi məsələsinə toxunub. Paşinyan bildirib ki, bütün bu mövzular sülh prosesinin ümumi məntiqi çərçivəsində qiymətləndirilir.

Jurnalistin sualı Paşinyanın elan etdiyi Erməni Apostol Kilsəsinin (AAK) “abadlaşdırılması” siyasəti, eləcə də Şuşa şəhərində kilsənin guya dağıdılması ilə bağlı iddialar kontekstində səsləndirilib.

Paşinyanın sözlərinə görə, Ermənistan–Azərbaycan münasibətlərində çoxsaylı açıq suallar mövcuddur və onların hamısına yalnız sülh gündəliyi prizmasından yanaşılır:

“Biz Bakı ilə sülhə və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanmasına fokuslanmışıq. Bütün məsələlərə bu məntiq və bu ardıcıllıqla baxırıq"-deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR