İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bazar günü HƏRƏKƏTƏ KEÇƏCƏK

553 23.12.2025 14:00 Son xəbər A A

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri bildiriblər ki, onları 28 dekabr tarixində Eçmiədzində keçirilə biləcək liturgiyada iştirakla bağlı rəsmi şəkildə heç kim məlumatlandırmayıb. Baş nazir Nikol Paşinyanın mətbuat katibi də qeyd edib ki, onların iştirakı mümkün olan liturgiyanın hansı kilsədə keçiriləcəyi hələlik məlum deyil.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti maraqlı məlumat yayıb.

Qəzetin verdiyi xəbərə əsasən, yayılan şayiələrə görə, Paşinyan istənilən qiymətə kilsə və bütün ermənilərin katolikosu ilə bağlı məsələni “həll etmək” niyyətindədir. İddialara görə, baş nazir özünə tərəf yepiskoplar və digər tərəfdarları ilə birlikdə kafedral kilsəyə daxil olmağı, bundan əvvəl isə güc strukturlarının köməyi ilə kilsəni katolikosa sadiq ruhanilərdən “təmizləməyi” planlaşdırır. Zərurət yaranarsa, katolikosa yaxın digər şəxslərin də saxlanılması ehtimalı istisna edilmir.

Məlumata əsasən, Paşinyan bu planı seçkilərədək istənilən halda reallaşdırmaq istəyir.

Qəzetin iddiasına görə, o hesab edir ki, plan baş tutarsa, cəmiyyətdə apatiya daha da artacaq və seçkilərdə qələbə üçün əlavə səylərə ehtiyac qalmayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR