İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan elə bir hərəkət etdi ki... - ŞOK VİDEO

3502 04.04.2026 17:07 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də qəribə hərəkəti ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Paşinyan bu dəfə qeyri-rəsmi geyimdə, başında ürək işarəsi olan kepka ilə məşhur Fiqaronun ariyasını dinləyib.

Daha sonra isə tez-tez istifadə etdiyi ürək işarəsini təkrarlayıb.

Qeyd edək ki, Fiqaronun ariyası Coakkino Rossininin "Sevilya bərbəri" operasındandır. Əsərin qəhrəmanı Fiqaro həmin məşhur ariyada öz məşhurluğunu, məşğuliyyətini və şəhərdə hər kəsi tanımasını tərifləyir. İnsanların ona müraciət etdiyini, hər işə qarışdığını və əsl "hər şeyin adamı" olduğunu qürurla bildirir.

Sosial şəbəkələrdə qeyd olunur ki, Paşinyanın ariyanın bu hissəsini səsləndirməsi təsadüfi deyil. Xüsusən də Putinlə görüşdən sonra Nikol Paşinyanın özünü mübarizədən qalib çıxmış kimi göstərmək məqsədilə bu musiqini seçdiyi vurğulanır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR