Ermənistan hakimiyyəti “hibrid təhdidlər”dən danışarkən Rusiyanı nəzərdə tutur.
Musavat.com xəbər verir ki, bu fikri “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan jurnalistlərlə söhbətində səsləndirib.
“Bu hakimiyyətə qarşı olan hər kəsi “rus casusu” adlandırırlar. Hətta kilsə də mövqe bildirsə, dərhal ona bu damğa vurulur. Eyni fikirləri avropalılarla da bölüşürlər. Yeganə məqsəd Avropaya gedib bütün rəqiblərinin “rus agenti” olduğunu demək və pul istəməkdir”, - deyə Danielyan bildirib.
Musavat.com






