Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkiləri ərəfəsində Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub.
Musavat.com xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bu məsələnin onun şəxsi siyasi gündəliyində yer aldığını və prosesə ardıcıl şəkildə yanaşıldığını bildirib.
Baş nazir qeyd edib ki, sülh müqaviləsi layihəsi üzrə müzakirələr ötən ilin mart ayında başa çatıb və sənədin imzalanması üçün müxtəlif vaxt çərçivələri gündəmdə olub.
“Mənim belə bir gündəliyim var. Gəlin qavrayışlardan danışmayaq. Gündəlikdə sülh müqaviləsi layihəsi üzrə müzakirələr ötən ilin mart ayında başa çatdığı üçün ötən ilin dekabr, yanvar, oktyabr və aprel aylarında imzalanması var idi. Ona görə də biz işimizi davam etdirəcəyik”, – deyə Paşinyan bildirib.
O, 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü istisna etməyib və vurğulayıb ki, rəsmi İrəvan bu istiqamətdə prosesi dayandırmaq niyyətində deyil.
Musavat.com






