Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların işinin ilkin proqnozlardan xeyli sürətli irəlilədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, regional kommunikasiyaların açılması ilə bağlı razılaşmalar real nəticələr verməyə başlayıb.
Baş nazir bildirib ki, Vaşinqton bəyannaməsində regional kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi qarşılığında Ermənistan üçün də qarşılıqlı faydanın nəzərdə tutulduğu qeyd olunmuşdu. Onun sözlərinə görə, bu çərçivədə Ermənistanın dəmir yolu vasitəsilə xarici dünya ilə əlaqə əldə edəcəyi gözlənilirdi və bu proses həm Ermənistanın, həm də beynəlxalq ictimaiyyətin gözlədiyindən daha tez baş verib.
Paşinyan vurğulayıb ki, demarkasiya prosesinin sürətlənməsi regionda kommunikasiya xətlərinin açılması və iqtisadi-logistika imkanlarının genişlənməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Musavat.com






