Ermənistanda “Dünyanın Kəsişməsi” (Crossroads of Peace) adlanan layihə, eləcə də Vaşinqton Bəyannaməsinin imzalanması nəticəsində “Tramp marşrutu” mövcuddur və digər terminlərin ölkəyə aidiyyəti yoxdur.
Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 20 noyabrda jurnalistlərin sualını cavablandırarkən bildirib. Sual Azərbaycan tərəfinin hələ də “Zəngəzur dəhlizi” ifadəsini işlətməsi ilə bağlı idi.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinin və digər obyektlərin adını yalnız Ermənistan müəyyən edə bilər. “Biz demişik ki, Ermənistan ərazisində biz elan etdiyimizdən başqa ad altında heç bir kommunikasiya yoxdur”, – deyə Paşinyan əlavə edib.
Musavat.com






