İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyanın başına bir iş gəlsə…" - ermənişünas alimdən aktual şərh

782 16.02.2026 20:00 Dünya A A

Ermənistanda 7 iyun 2026-cı il tarixdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim "Vətəndaş sazişi" partiyası siyahısına namizədlərin seçilməsi üçün səsvermənin birinci turunda cəmi 1028 nəfər iştirak edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu fevralın 16-da jurnalistlərlə söhbətində  partiya fraksiyasının deputatı Arusyak Manavazyan deyib.

Məlumata görə, faktiki olaraq 38 iştirakçı Nikol Paşinyana səs verməyib. Bu barədə suala cavab olaraq fraksiyasının katibi Artur Hovhannisyan belə cavab verib: “Bəli, belə insanlar var, biz demokratik partiyayıq və bu mənada sizin də müzakirə mövzunuz var. Mən qeyd etmək istəyirəm və ümid edirəm ki, siz də qeyd edəsiniz ki, bu, şəffaflıq və demokratiya baxımından Ermənistanın siyasi tarixində görünməmiş hadisə idi. Ümid edirəm ki, digər siyasi qüvvələr az da olsa, buna bənzər tədbirlər təşkil edəcəklər”.

Qeyd edək ki, üç gün davam edən səsvermənin nəticələrinə görə, Nikol Paşinyan 894, Suren Papikyan – 780, Gevork Papoyan – 765, Ararat Mirzoyan – 743 səs alıb.

Paşinyanın partiyasında onun özünə etimadın azalması və rəqiblərinin baş qaldırması rezonans doğurub. Hakim partiya daxilində Paşinyana rəqiblərmi
baş qaldırır?

Ermənişünas alim, professor Qafar Çaxmaqlı Musavat.com-a açıqlamasında Ermənistandakı seçkiöncəsi situasiyanı təhliı edib: “Bütün ölkələrdə seçkiöncəsi pariyadaxili durumu öyrənmək praktikası mövcuddur. Paşinyanın rəhbərlik etdiyi partiyada Ermənistanda ilk dəfə belə seçkilər keçirib. Şübhəsiz ki, fərqli namizədlər və yanaşmalar olacaqdı. Komanda üzvlərindən Paşinyana yaxın səs toplayanlar seçkilərdə Paşinyanın rəqibi kimi görünmürlər, komanda içərisində də birincilik statusunda olanların da varlığını ortaya qoyurlar. Bu, sabah Paşinyanın başına bir iş gəlsə, onu əvəz edən şəxslərin varlığını ortaya çıxa biləck şəxslərin olduğunun işarəsidir”.

Q.Çaxmaqlı digər məqamlara da toxunub: “Həm də komandanın seçkilərə kimlərlə, hansı liderlərlə gedəcəyini müəyyənləşdirirlər. Bununla qarşıdakı seçkilərə ön hazırlıq mərhələsində ictimaiyyətə fərqli mesaj verilir”.

Ekspert bildirib ki, əsas rəqib Samvel Karapetyanın komandası isə hələlik formalaşmayıb və ona simpatiyası olan fəal siyasətçilər hələ də gözləmə mövqeyindədirlər: “Aktiv təbliğat aparılır ki, Karapetyan namizəd ola biləz, çünki o xarici ölkə vətəndaşıdır və son dörd ildə Ermənistanda yaşamayıb. Paşinyan və komandası belə partiyadaxili seçkiləri ona görə keçirir ki, komandasının ciddi adamlardan ibarət olmasını diqqətə çatdırsın və rəqiblərindən hər zaman bir addım öndə olduğunu göstərsin”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR