Tayvan ballistik raketləri ələ keçirə bilən zenit raketlərini sınaqdan keçirib.
Musavat.com xəbər verir ki, məlumatı Taipei Times qəzeti yayıb. Bildirilir ki, sınaqlar Çjonqşan Elm və Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən Pinqtunq qraflığındakı Jiupenq Hərbi Bazasında aparılıb.
Qəzetin məlumatına görə, sınaqlar ehtimal ki, yeni Qiangong raket layihəsi ilə bağlıdır. Sınaqlar zamanı raketin uçuş hündürlüyü 30-48 km olub ki, bu da atmosferə geri qayıtma zamanı ballistik hədəfləri ələ keçirməyə imkan verir.
Qəzet mənbələrə istinadən bildirir ki, Qiangong layihəsinin bir hissəsi olaraq TK-III raketinə əsaslanan və mənzili artırılmış bir neçə raket modifikasiyası hazırlanır. Qiangong I-nin Amerika Patriot III sistemindən daha yüksək ələ keçirmə hündürlüyünə malik olması gözlənilir. Qiangong IIA-nın ələ keçirmə hündürlüyü "Amerika Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) sistemi ilə müqayisə edilə bilən" 100 km olacaq. Qianggong IIB raketi təxminən 1000 kilometr mənzilə malik yeni yer-yer ballistik raketinə çevriləcək.
Musavat.com






