Tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov “TV Musavat”ın canlı yayımının qonağı olub.
Musavat.com xəbər verir ki, veriliş zamanı Üzeyir Cəfərov İranda baş verən son hadisələrlə bağlı diqqətçəkən açıqlamalar verib. O, ölkədəki etirazların mahiyyəti, mümkün inkişaf ssenariləri və regional təhlükəsizlik baxımından yarana biləcək risklər barədə fikirlərini bölüşüb.
Hərbi ekspert İranda vəziyyətin təkcə daxili proses olmadığını, eyni zamanda region ölkələrinə də təsir göstərə biləcəyini vurğulayıb və proseslərin diqqətlə izlənilməsinin vacibliyini qeyd edib.
Verilişdən həmin hissəni təqdim edirik.






