İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəhbəri sərt danışdı: amerikalıların “axmaqlığı” ordunun işini çətinləşdirir

543 20.12.2025 00:48 Dünya A A

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset ölkə daxilində mövcud sosial problemlərin ordu üçün ciddi çətinliklər yaratdığını açıq şəkildə etiraf edib.

Musavat.com xəbər verir ki, Heqsetin sözlərinə görə, ABŞ-da piylənmənin yüksək səviyyəsi və “diqqət çatışmazlığı və hiperaktivlik sindromu”nun (DÇHS) geniş yayılmasına baxmayaraq, Amerika ordusunun şəxsi heyətinin sayı hazırda rekord həddədir.

Bununla belə, Pentaqon rəhbəri vəziyyətin heç də asan olmadığını gizlətməyib. O, çıxışı zamanı sərt ifadələr işlədərək bildirib: “Bu, asan deyil, əsas ‘tərkib hissələrini’ nəzərə alsaq… gənclərimizin çoxu ya həddindən artıq kökdür, ya da həddindən artıq axmaqdır”.

Heqsetin bu açıqlaması ABŞ-da həm siyasi, həm də ictimai müstəvidə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, daha əvvəl Pentaqonun cinsi orientasiyaya görə ordudan uzaqlaşdırılmış veteranlara müəyyən güzəştlərin təqdim ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR