İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyir

627 20.11.2025 14:01 Dünya A A

İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtını Tehrandan başqa bir şəhərə köçürməyin zərurətə çevrildiyini bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Tehran artıq əhali yükünü və intensiv tikintini daşıya bilmir, ən böyük maneə isə şiddətli su çatışmazlığıdır.

Prezident bildirib:

“Reallıq budur ki, artıq seçimimiz qalmayıb- bu, zərurətdir. Bu bölgəyə (Tehrana) əlavə əhali və tikinti yükü salmaq mümkün deyil. Burada inkişaf mümkündür, lakin su problemi həll olunmayacaq".

Pezeşkian Fars körfəzindən Tehrana su nəqli layihəsinə də toxunaraq bunun hədsiz dərəcədə bahalı olduğunu və “müdrik qərar olmaya biləcəyini” qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, ölkənin gələcəyi üçün kökündən yeni, kompleks inkişaf xəritəsi hazırlanmalıdır və paytaxtın köçürülməsi bu strategiyanın əsas elementlərindən biri ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR