İnsanlara hürriyət, millətlərə istiqlal!

Pişik yemindən kütləvi şikayətlər – sahiblər həyəcan təbili çalır

822 13.12.2025 23:22 Dünya A A

Rusiyanın müxtəlif bölgələrindən pişik sahibləri Purina şirkətinin “Felix” adlı yaş yemindən sonra ev heyvanlarında ciddi sağlamlıq problemləri yarandığını bildirirlər.

Musavat.com xəbər verir ki, əvvəllər bu brendlə bağlı narazılıq olmayıb, lakin indi istifadəçilər tərkibin dəyişdirildiyini düşünür.

Sahiblərin ən çox qeyd etdiyi simptomlar, kəskin qusma, tam yeməkdən imtina, halsızlıq, tüklərin tökülməsi, güclü qaşınma, uzun müddətli istifadədə qaraciyər və böyrək problemləridir.

Sahiblərin sözlərinə görə, “Felix” rasiondan çıxarılan kimi pişiklərin vəziyyəti sürətlə yaxşılaşır, qusma dayanır, iştaha geri qayıdır.

Hazırda istehsalçı şirkət Purina məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR