İnsanlara hürriyət, millətlərə istiqlal!

Pişiklər ölkə iqtisadiyyatına ildə 19 milyard dollar qazandırırmış-bu səbəblərə görə

10266 29.05.2026 00:18 Maraqlı A A

Yaponiyada “pişik iqtisadiyyatı”nın həcmi 2026-cı ildə təxminən 3 trilyon yenə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Kansay Universitetinin professoru Katsuxiro Miyamoto araşdırma aparıb. Məlumata görə, bu göstərici Osaka şəhərində keçirilən Expo 2025 sərgisinin iqtisadi təsiri ilə müqayisə olunur. Hesablamalara əsasən, hazırda Yaponiyada 8,8 milyon ev pişiyi yaşayır. Orta statistik yapon ailəsi isə bir pişiyin həyatı boyu ona təxminən 11 min dollar xərcləyir.

Bu məbləğə yem, aksesuarlar, baytar xidmətləri və digər qulluq xərcləri daxildir. Araşdırmada qeyd olunur ki, Yaponiyada pişiklərə marağın tarixi çox qədim dövrlərə gedib çıxır. Hələ VI əsrdə buddist məbədlərində müqəddəs mətnləri gəmiricilərdən qorumaq üçün pişik saxlanıldığı bildirilir.

Zaman keçdikcə isə pişiklər ölkədə xüsusi və mistik status qazanıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR