Amerikanın "Boeing P-8A Poseidon" sualtı qayıq əleyhinə təyyarəsi və "MQ-4C Triton" kəşfiyyat dronu İran sərhədi yaxınlığında uçuşlar həyata keçirib.
Musavat.com xəbər verir ki, təyyarə Bəhreyndəki bazadan havaya qalxıb və qısa müddətə Hörmüz boğazında patrul xidməti göstərib. Eyni vaxtda, Əbu-Dabi bazasından havaya qaldırılan dron Oman körfəzi üzərində kəşfiyyat fəaliyyətini davam etdirib.
ABŞ rəsmiləri daha əvvəl bildirirdilər ki, Vaşinqton İran rəhbərliyi ilə bağlı maliyyə axınlarını izləyir və lazım gələrsə, onların dondurulması və ya ələ keçirilməsi üçün tədbirlər görməyə hazırdır.
Bu fonda Amerika mediası həmçinin ABŞ hərbi komandanlığının ikinci aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə mümkün yerləşdirilmə üçün hazırlıq vəziyyətinə gətirilməsini əmr etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl "Northrop Grumman" MQ-4C Triton kəşfiyyat dronunun da İran sərhədləri yaxınlığında göründüyü bildirilib.
Musavat.com






