İnsanlara hürriyət, millətlərə istiqlal!

Püşk atıldı, "Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi bilindi

1099 21.07.2025 20:48 İdman A A

Bu gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

Püşk nəticəsində Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.

Ağdam klubu ikinci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə görüşəcək.

Üçüncü təsnifat mərhələsinin oyunları 5-6 avqust və 12-13 avqustda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR