Rusiya prezidenti Vladimir Putin Kiyevin sülh yolu ilə münaqişəni bitirmək istəmədiyi halda, Moskvanın qarşısında duran bütün vəzifələri hərbi yolla həll edəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Putin bu fikirləri hərbçilərlə keçirilən müşavirə zamanı səsləndirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bəzi ərazilərdən könüllü şəkildə çıxarılması variantına Moskvanın marağı faktiki olaraq qalmayıb.
Rusiya lideri əlavə edib ki, hazırda Rusiya ordusu təmas xətti boyunca təşəbbüsü inamla əlində saxlayır.
Musavat.com






