İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin illər sonra uşaqlıq arzusundan danışıb - VİDEO

674 05.01.2026 19:00 Dünya A A

Rusiya prezidenti Vladimir Putin uşaqlıq hobbiləri ilə bağlı xatirələrini bölüşüb. Putin “Arzu ağacı” kampaniyasının iştirakçısı yeddi yaşlı İqor Stepanenko ilə telefonda danışıb. Prezident oğlanın Kalininqraddakı Dünya Okeanı Muzeyini ziyarət etmək istəyini yerinə yetirib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, o bir vaxtlar dənizçi olmaq istəyib. “Sonra pilot olmaq istəyirdim. Çoxlu kitab oxudum, film izlədim və nəticədə kəşfiyyatçı olmaq istədim", - deyə Putin bölüşüb.

RF prezidenti arzusunu məqsədyönlü şəkildə həyata keçirdiyini vurğulayıb: "Mən ölkəmizin xarici kəşfiyyat xidmətində zabit oldum və təxminən 20 il xarici kəşfiyyatda çalışdım. Gördüyünüz kimi, arzum gerçəkləşib", - deyə Putin bildirib.

Nigar,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR