İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müharibə dövründə ikinci dəfə Federal Məclisə illik müraciət etməyəcək  

754 25.12.2025 19:19 Dünya A A

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə başlayandan bəri ikinci dəfə Federal Məclisə illik müraciətlə çıxış etməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, müraciətin olub-olmaması yalnız prezidentin qərarından asılıdır və çıxış yalnız o, bunu zəruri hesab etdiyi halda baş tutacaq.
“Hər şey vaxtında ediləcək”, – deyə Peskov Vedomosti qəzetinə şərhində bildirib.

Bu, genişmiqyaslı müharibənin başlanmasından sonra ikinci haldır ki, prezident illik müraciətdən imtina edir.

Qeyd edək ki, Rusiya Konstitusiyası prezidentə Federal Məclis qarşısında hər il müraciət etməyi birbaşa öhdəlik kimi müəyyən edir. Putin bu tələbi 2022-ci ildə də yerinə yetirməmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR