Ukrayna danışıqlarının iştirakçıları ötən həftəsonu əhəmiyyətli irəliləyiş əldə ediblər.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff "Bloomebrg"-ə deyib. Onun sözlərinə görə, irəliləyiş Ukrayna tərəfinin dediyi 90 faizdən daha çoxdur: "Ukraynalılar işin 90 faizini artıq yerinə yetirdiyimizi dedilər və mən onlarla razıyam. Əslində, düşünürəm ki, son həftəsonu daha əhəmiyyətli irəliləyiş əldə etmişik. Növbəti bir neçə həftədə nə baş verəcəyini bilmirəm, amma bilirəm ki, Cenevrədəki görüşdən sonrakı son altı və ya yeddi həftə ərzində ukraynalıların fikrincə, son üç-dörd ildəkindən daha çox irəliləyiş əldə etmişik".
Vitkoff CNBC-yə verdiyi açıqlamada sabah Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini gözlədiyini bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov belə görüşün olacağını təsdiqləyib: "Sabah belə bir əlaqə gözləyirik; bu, prezidentin cədvəlindədir".
Vitkoff bu gün Moskvaya yola düşməyi planlaşdırdığını açıqlayıb. ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, sahibkar Cared Kuşner onunla birlikdə Rusiyaya uçacaq.
Musavat.com






