ABŞ Rusiya energetikasına qarşı sərt sanksiyalar hazırlayır.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, sanksiyalar Vladimir Putin Ukraynaya dair sülh sazişinin şərtlərini qəbul etməsə, tətbiq olunacaq.
Tədbirlər kölgə donanması gəmiləri və Rusiya enerji daşıyıcıları ilə işləyən treyderlərə qarşı yönəldilə bilər. Qərarın bu həftə elan olunacağı gözlənilir və son söz ABŞ prezidenti Donald Trampın əlindədir.
Musavat.com






