Rusiya Avropa ilə müharibə istəmir, lakin baş verərsə, hərəkətə keçməyə hazırdır.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Aİ faktiki olaraq özünü Ukraynada nizamlanma prosesindən kənarlaşdırıb və ABŞ-ın bu istiqamətdə səylərinə mane olur.
“Bu halda, Rusiya Federasiyasının danışıqlar aparacaq heç kimi olmayacaq”, - deyə dövlət başçısı jurnalistlərə açıqlamasında əlavə edib.
Putin həmçinin Qara dənizdə tankerlərə edilən hücumları piratçılıq adlandırıb və Rusiyanın Ukrayna limanlarına və onlara üz tutan gəmilərə hücumlarını genişləndirəcəyi barədə xəbərdarlıq edib.
“Hücumlar davam edərsə, Moskva Ukraynaya yardım edən ölkələrin gəmilərinə qarşı tədbirləri nəzərdən keçirəcək”, - o qeyd edib.
Putin həmçinin vurğulayıb ki, Kiyev Rusiya gəmilərinə qarşı bu cür hərəkətləri davam etdirərsə, Rusiya Ukraynanı dənizdən ayıra bilər.
Musavat.com






