İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə yaxın rusiyalı oliqarxlar HƏRƏKƏTƏ KEÇDİ - Trampa ŞOK TƏKLİF

980 29.11.2025 18:47 Dünya A A

Rusiya prezidenti Vladimir Putinə yaxın rus oliqarxları Amerika şirkətləri ilə gizli danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, sanksiyalar altında olan milyarderlər, Gennadi Timçenko, Yuri Kovalçuk və Rotenberq qardaşları öz nümayəndələrini ABŞ şirkətləri ilə gizli görüşlərə göndəriblər. Görüşlərdə nadir torpaq metallarının və enerji resurslarının hasilatı ilə bağlı mümkün əməkdaşlıq müzakirə olunub.

Xüsusilə, onlar amerikalı həmkarlarına Oxot dənizində, eləcə də başqa dörd yerdə qaz hasilatı üçün güzəştlər təklif edirlər. Bu barədə Avropa təhlükəsizlik xidmətlərindəki mənbə və danışıqlardan xəbərdar olan şəxs bildirib.

Mənbələrə görə, Rusiya Norilskdəki iri nikel mədənləri yaxınlığında və Sibirdə işlənməyən altı başqa yataqda nadir torpaq metallarının çıxarılması imkanını da qeyd edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR