İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin xüsusi elçisi Trampın kürəkəni ilə görüşə gedir

418 20.12.2025 09:55 Dünya A A

Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner ilə görüşmək üçün Mayamiyə yollanır.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi Rusiya mənbəsinə istinadla məlumat yayıb.

Agentliyin səfərin gedişi ilə birbaşa tanış olan mənbəsi bildirib ki, Ukrayna tərəfi ilə üçtərəfli təmaslar planlaşdırılmır.

Uitkoff və Kuşner Avropa İttifaqı və Ukrayna nümayəndələri ilə sülh planının dəyişdirilmiş versiyası üzərində işləyirlər. Sözügedən planın əvvəlki variantları Aİ və Ukrayna tərəfindən Rusiyanın xeyrinə qərəzli hesab edilərək tənqid olunmuşdu.
Dekabrın 12-də Kremlin açıqlamasında bildirilib ki, Ukrayna və Avropanın təklifləri ilə tamamlanmış sülh planının son versiyası hələ Rusiya tərəfinə təqdim edilməyib. Moskva vurğulayır ki, Ukraynanın NATO-ya qoşulmaması danışıqlar üçün əsas şərtdir.

Bundan əvvəl Mayamidə Ukrayna nümayəndə heyətinin ABŞ və Avropa ölkələrinin təmsilçiləri ilə görüşü keçirilib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR