İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil" - Zelenski

464 31.01.2026 20:29 Siyasət A A

“Ukrayna hökuməti müharibəyə son qoymaq üçün danışıqlar prosesinin bir hissəsi olaraq Rusiya və ABŞ nümayəndələri ilə istənilən formatda görüşməyə açıqdır”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Biz Rusiya və ABŞ ilə istənilən formatda görüşə açığıq. Biz həmçinin Avropanın da iştirak etməsini istərdik. Çünki təhlükəsizlik zəmanətlərimizin bir hissəsi Avropa İttifaqına üzvlük, eləcə də “İstəklilər koalisiyası”dır", - dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, AB nümayəndələri bu danışıqların müəyyən mərhələsində qoşula bilərlər, lakin əvvəlcə sözügedən üç ölkənin nümayəndələri görüşməlidir.

"Rusiya Federasiyası və bilavasitə Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlamaq imkanımız olmalıdır. Belə bir format olmadan komandalarımız üçüncü dərəcəli məsələlər üzrə razılığa gələ bilməyəcək", - Zelenski əlavə edib./Apa.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR