İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın futbolu üzrə İngiltərə millisi Avropa çempionu olub

520 28.07.2025 00:16 İdman A A

İngiltərə qadın futbolu üzrə Avropa çempionatının final matçında İspaniyanı məğlub edib.

Dramatik matçın nəticəsi penalti seriyasında həll olunub.

İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma 2023-cü il dünya çempionatının finalının təkrarı olub. Xatırladaq ki, həmin görüşdə İspaniya qalib gəlmişdi.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. İspaniya millisinin hücumçusu Mariona Kaldentey ilk hissədə hesabı açıb, Alessiya Russo isə 2-ci hissədə hesabı bərabərləşdirib.

Əlavə vaxtda da qalibi müəyyən edilməyib.

Penalti seriyasında ingilislər 3:1 hesabı ilə qalib gəlib./Report.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR