İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL: Milyonluq əmlakını orduya bağışlayan müəllim ruhi xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

1309 31.12.2025 11:39 Dünya A A

Adanada 30 illik pedaqoji təcrübəyə malik tarix müəllimi Nevin Vurunbiği atası ilə mübahisədən sonra bütün aktivlərini Türkiyə Silahlı Qüvvələrinə bağışlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Nəşr yazır ki, 51 yaşlı Nevin Vurunbiğinin Silifke, Mersin və Adanada iki evi, iki avtomobili və bank hesabında təxminən 2 milyon türk lirəsi vəsaiti olub. İddialara görə, müəllimin 77 yaşlı atası Silifkedə yerləşən evin öz adına keçirilməsini tələb edib. O, bu istəyi qəbul etmədikdən sonra ailədaxili gərginlik daha da artıb.

Təzyiqlər fonunda Vurunbiği bütün aktivlərini Türkiyə Silahlı Qüvvələrinə bağışlayıb. Qızının bu addımından sonra atası məhkəməyə müraciət edərək qəyyumluq iddiası qaldırıb. Bunun ardınca müəllimin bank hesabları dondurulub.

Qeyd olunur ki, Vurunbiği əmlakını bağışladığı zaman eyni tibb müəssisəsindən “psixi cəhətdən sağlamdır, əmlak alqı-satqısı edə bilər” məzmunlu rəsmi arayış alıb. Lakin təxminən bir il sonra həmin xəstəxanada ona “psixoz” diaqnozu qoyulub. Məhkəmə qərarı ilə müəllimin ruhi sağlamlıq müəssisəsində müşahidə altında saxlanılması barədə qərar çıxarılıb.

Nevin Vurunbiği əvvəlcə xəstəxanaya yerləşdirilməyə etiraz etsə də, bu gün polis müşayiəti ilə Adanada yerləşən Dr. Ekrem Tok Ruh Sağlamlığı və Xəstəlikləri Xəstəxanasına aparılıb. Məlumata görə, bu qərar atası tərəfindən qaldırılan qəyyumluq iddiası çərçivəsində verilib.

“Atamın qaldırdığı qəyyumluq işi səbəbindən buradayam. Bu proses əmlakımı Türkiyə Silahlı Qüvvələrinə bağışladığım üçün başladılıb. Məhkəmə qərarı ilə xəstəxanaya göndərilmişəm. Gəlməsəydim, zorla gətiriləcəkdim. Vicdanım təmizdir, başım dikdir. Məhkəmə qərarına hörmətlə yanaşıram, amma ədalətsizliyə məruz qaldığımı düşünürəm”, - yeni ili xəstəxanada qarşılayacaq müəllim yerləşdirilməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR