İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın qələbəsi Azərbaycana nə qazandırdı?

1222 13.08.2025 10:38 İdman A A

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürüb.

Ötən gecə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Şimali Makedoniya "Şkendiya"sını Bakıda 5:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal isə 2.125-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.250-yə bərabərdir. Qitə sıralamasında 28-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Rusiyanın 18,299 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,600-dür.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  (fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR