İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” məğlub oldu

1642 22.10.2025 22:59 İdman A A

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Qarabağ” səfərdə İspaniyanın “Atletik” (Bilbao) klubu ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, “San Mames” stadionunda keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün start fiti ilə Azərbaycan təmsilçisi hesabı açıb. Artıq 1-ci dəqiqədə Leandro Andrade fərqlənərək “Qarabağ”ı önə keçirib. Lakin daha sonra ispanlar təşəbbüsü ələ alıblar. Qorka Quruseta 40 və 88-ci dəqiqələrdə dubl edib, 70-ci dəqiqədə isə Robert Navarro fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 3:1.

Bu, Qurban Qurbanovun komandasının cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki ilk məğlubiyyətidir.

Qeyd edək ki, “Qarabağ” IV turda, noyabrın 5-də Bakıda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR