İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq sığınacağında böyüyən qızın toyunda sürpriz: Hüseyn Həsənov avtomobil hədiyyə etdi - Video

380 09.06.2026 00:18 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Uşaqlar Birliyinin sığınacağında toy olub.

Musavat.com xəbər verir ki, sığınacağın gənc üzvü olan Səbinə adlı xanım sığınacaqdan olan Hüseyn adlı oğlanla ailə həyatı qurub. Gəncləri müxtəlif insanlar təbrik edib. Onlardan biri də məşhur bloger Hüseyn Həsənovdur. Bloger toy münasibəti ilə gənc ailəyə avtomobil hədiyyə edib. Sürpriz hədiyyə toy iştirakçıları tərəfindən böyük sevinclə qarşılanıb və mərasimin ən yaddaqalan anlarından biri olub. 

Xatırladaq ki, bundan əvvəl də sığınacaqda böyüyən Səma adlı gənc qız həmin müəssisədə çalışan Rüfət adlı gənclə ailə həyatı qurmuşdu. Hazırda onların bir oğul övladı var.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR