İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda güclü külək fəsadlar törətdi

814 11.05.2025 19:17 Ölkə A A

Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb.

Məlumata görə, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb.

Evə ciddi maddi ziyan dəyib, yağan güclü yağış nəticəsində otaqlar su ilə dolub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR