İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Avropadakı Silahlanmaya Nəzarət razılaşmasını DAYANDIRDI- Tokayevdən şok qərar

846 21.11.2025 11:02 Dünya A A

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (AASQM / ДОВСЕ) ölkə üzrə fəaliyyətinin dayandırılması barədə qərar imzalayıb.

Musavat.com xəbər verir ki, bu addım regionda təhlükəsizlik balansına təsir edə biləcək əhəmiyyətli geosiyasi dəyişiklik kimi qiymətləndirilir.

Bu, 1990-cı ildə imzalanmış beynəlxalq müqavilədir və onun əsas məqsədi Avropada yerləşdirilə bilən adi silahların sayını ciddi şəkildə məhdudlaşdırmaq idi. Müqavilə aşağıdakı kateqoriyaları əhatə edirdi:

  • Tanklar

  • Zirehli döyüş maşınları

  • Artilleriya sistemləri

  • Döyüş təyyarələri

  • Hərbi helikopterlər

Sənəd NATO və keçmiş Varşava Müqaviləsi ölkələri arasında qarşılıqlı nəzarət, yoxlama və inspektor missiyaları üçün mexanizmlər yaradırdı. Məqsəd Avropada qəfil genişmiqyaslı hücum riskini minimuma endirmək idi.

Tokayevin qərarı Qazaxıstanın faktiki olaraq bu nəzarət və öhdəliklərdən kənara çıxması deməkdir.

Rəsmi Astana hələlik qərarın səbəbi ilə bağlı açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR