İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan səmasında PARTLAYIŞ - Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI

973 23.10.2025 13:50 Ölkə A A

Qazaxıstanın Qərbi-Qazaxıstan vilayətinin Burlin rayonunda naməlum pilotsuz uçuş aparatı partlayıb.

Musavat.com "kazlenta.kz"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, pilotsuz təyyarənin qalıqları yaşayış məntəqələrindən uzaqda, ucqar ərazidə aşkar edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur, maddi ziyan da qeydə alınmayıb.

Hazırda səlahiyyətli dövlət qurumları ilə birlikdə hadisə yerində baxış keçirilir. Araşdırmanın məqsədi insidentin səbəblərini və obyektin mənşəyini müəyyənləşdirməkdir.

Müdafiə Nazirliyi əlavə edib ki, hava məkanına nəzarət gücləndirilib və dövlət sərhədini icazəsiz keçə biləcək uçuş aparatlarının qarşısını almaq üçün əlavə tədbirlər görülür.

Bundan başqa, hadisə ilə bağlı həmin uçuş aparatlarının potensial olaraq məxsus ola biləcəyi xarici tərəfdaşlarla da məsləhətləşmələr aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR