Musavat.com xəbər verir ki, Ankara yaxınlığında Esenboğa Hava Limanından havaya qalxdıqdan sonra qəzaya uğrayan Falcon 50 tipli xüsusi təyyarənin qalıqları aşkar edilib.
Təyyarənin qalıqları Ankaranın Haymana rayonundakı Kesikkavak kəndindən 2 kilometr cənubda tapılıb.
Xatırladaq ki, qəzaya uğrayan təyyarənin göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Ali əl-Həddad və onu müşayiət edən şəxslərin olduğu bildirilir.
Musavat.com






