İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza ilə bağlı MÜHÜM GÖRÜŞ – “Sülh Şurası” ABŞ-də TOPLANIR

599 07.02.2026 10:14 Siyasət A A

ABŞ administrasiyası fevralın 19-da “Sülh Şurası”nın liderlərini bir araya gətirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Mənbənin məlumatına görə, ABŞ administrasiyası görüşdən Qəzzada atəşkəsin ikinci mərhələsini irəlilətmək və bölgənin bərpası üçün vəsait toplamaq məqsədilə istifadə etməyi planlaşdırır.

Tədbirin təşkili hələ ilkin mərhələdədir və onun parametrləri dəyişdirilə bilər.

Mənbələr bildirir ki, ABŞ administrasiyası liderlərin iştirakını razılaşdırmaq və təşkilati detalları müzakirə etmək üçün onlarla ölkə ilə məsləhətləşmələrə başlayıb.

Görüş “Sülh İnstitutu”nda keçiriləcək. Qeyd edək ki, institut əvvəllər Trampın şərəfinə adlandırılmışdı.

Qeyd edək ki, “Sülh Şurası”na Azərbaycan, ABŞ, Argentina, Ermənistan, Misir, Qətər, Türkiyə, BƏƏ, Macarıstan, Qazaxıstan, Özbəkistan, Pakistan, İordaniya və digər ölkələr daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR