Sosial şəbəkələrdə maraqlı çay dəmləmə üsulu trendə çevrilib.
Musavat.com xəbər verir ki, bu üsulda portağal çayı birbaşa meyvənin qabığı vasitəsilə dəmlənir və qabıq filtr rolunu oynayır.
Resept olduqca sadədir: portağalın içi çıxarılır, qabıq isə fincan kimi istifadə olunur. Daha sonra içinə qara çay, yaxud müxtəlif ədviyyat qarışıqları əlavə edilərək üzərinə qaynar su tökülür. Nəticədə çayın ətri daha uzun müddət qalır, dadı isə adi üsulla dəmlənən çaydan xeyli daha zəngin olur.
Dad və ətiri gücləndirmək üçün çaya darçın, mixək və ya bir damcı bal da əlavə edirlər. Bu üsul xüsusilə soyuq qış günlərində həm istilik, həm də sitrus aroması ilə fərqli bir çay təcrübəsi təqdim edir.
Musavat.com






