İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl Günbəz ABŞ-a 1,1 trilyon dollara başa gələcək

800 12.12.2025 08:00 Dünya A A

"Qızıl Günbəz" raketdən müdafiə sistemi ABŞ-a ABŞ prezidenti Donald Trampın vəd etdiyi 175 milyard dollar əvəzinə 1,1 trilyon dollara başa gələcək.

Musavat.com xəbər verir ki, hesablamanı Bloomberg aparıb. Agentliyə danışan hərbi ekspertlər həm ABŞ administrasiyasının "Qızıl Günbəz"i 2029-cu ilə qədər istismara vermək məqsədini, həm də xərcləri 175 milyard dollarla məhdudlaşdırmaq planlarını qeyri-real adlandırıblar. Bloomberg-in hesablamalarına görə, 1,1 trilyon dollarlıq rəqəm Trampın elan etdiyi xərcləri 500 faizdən çox üstələyə bilər.

Agentlik qeyd edir ki, hesablamaları yalnız silah və müdafiə sistemlərinin dəyərinə əsaslanıb, bura əməliyyat xərcləri, tədqiqat və ya personalın maaşları daxil edilməyib. Bloomberg əlavə edir ki, bütün bunlar "Qızıl Günbəz"in son dəyərini daha da artıra bilər və raketdən müdafiə sistemi istismara verilsə belə, onun 100 faiz effektiv olacağına zəmanət olmadığını vurğulayır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR