İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernator Trampdan 9 milyard dollar təzminat tələb etdi

1254 21.02.2026 09:27 Dünya A A

ABŞ Ali Məhkəməsinin ticarət tariflərinin qanunsuz olması barədə qərarından sonra İllinoys qubernatoru J.Robert Pritzker ABŞ administrasiyasından ştatının sakinlərinə təxminən 8,7 milyard dollarlıq maliyyə itkisi üçün kompensasiya tələb edib.

Musavat.com xəbər verir ki, qubernatorun bu tələbi prezident Donald Trampa məktubunda yer alıb: "Sizin tarifləriniz fermerlərə böyük ziyan vurub, müttəfiqlərimizi qəzəbləndirib və ərzaq qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub. Ali Məhkəmə sizə onların konstitusiyaya zidd olduğunu bildirib. İllinoys xalqı adından hər İllinoys ailəsinə 1700 dollar geri ödəmə tələb edirəm. Mənim ştatımda 5 105 448 ev təsərrüfatı var, bu da sizin 8 679 261 600 dollar təzminat borclu olduğunuz deməkdir".

Qeyd edək ki, Trampın tarif siyasətindən zərər çəkən digər ştatların da analoji tələblə çıxış edəcəyi gözlənilir. Ali Məhkəmənin qərarından əvvəl 13 ştatın rəhbərliyi tariflərə görə itkilərə məruz qaldıqlarını əsas gətirməklə Tramp administrasiyasına qarşı məhkəmə iddiaları qaldırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR