İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanovun bu sözləri Türkiyəni coşdurdu - VİDEO

2299 06.11.2025 11:40 Ölkə A A

Ötən gün bərabərə bitən “Qarabağ”- “Çelsi” oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov azarkeşləri “Qalatasaray”a dəstək olmağa çağırıb.

Bu barədə Türkiyənin idman səhifələri paylaşımlar edib.

“Suallar bitdi, “Qalatasaray”ın oyunu var. Gedək, “Qalatasaray”a azarkeşlik edək”, - deyə o söyləyib.

Onun dediyi sözlər sosial şəbəkələrin Türkiyə seqmentində çox xoş qarşılanıb. Qurbanovun bu sözlərindən sonra türkiyəli azarkeşlər sosial şəbəkələrdə “Bir atadır bizim üçün”, “adam, adam, canını yeyərəm”, “möhtəşəm bir baş məşqçi, qürur duyuram”, “bu axşam “Çelsi”ni əlindən qaçırdı”, “adamın duruşuna baxın, əsalət yetər. adam dediyin, bax, budur”, “alın “Beşiktaş”a gətirin”, “adam" deyilir, “Qurban Qurbanov” yazılır”, “Qarabağ”, Allahına qurban, sizin Türkiyədə 85 milyon tərəfdarınız var” və s. şərhlər yazılıb. 

Ölkə.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR