Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər edib.
R.Usubov Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə birlikdə Moskvadakı Aleksandr bağında yerləşən Naməlum Əsgərin məzarı yaxınlığındakı Əbədi Məşəlin önünə əklil və gül dəstələri qoyub.
Qeyd edək ki, bu gün Moskvada MDB üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclası keçirilir.//Report






